Neftin qiyməti 50 dollar ətrafında sabitləşir

Dünya bazarında “Brent” markalı neftin qiyməti 50 dollar ətrafında stabilləşməkdədir.

 

APA TV-nin məlumatına görə, axşam seanslarında neftin qiyməti illik rekord həddə - 50,42 dollara çatsa da, sonradan ucuzlaşmağa başlayıb. Hazırda “Brent” neftinin bir bareli 49,21 dollardan satılır.

 

Qərbi Texas nefti də son 24 saat ərzində rekord qiymət müəyyənləşdirib. İlk dəfə 50 dollarlıq psixoloji həddi keçən WTİ neftinin ən baha qiyməti 50,14 dollar olub. Hazırda Qərbi Texas neftinin bir bareli 49,11 dollardan təklif olunur.

 

Treyderlər qiymətlərin gün ərzində stabil qalacağını proqnozlaşdırırlar. Birjalarda həftənin son hərracları bu gün keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv