Dollar və avro bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,4906 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,6677 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 22 manat 60 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv