Zaqatalada quduzluğa tutulmuş 47 yaşlı qadın öldü

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

 

Mərkəzi Rayon Xəstəxanasından APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib. 

 

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti sağ əlinin ikinci barmağından dişləyib. Bunu adi qarşılayan Pəri Turacova vaxtında həkimə müraciət etməyib.  

 

Müəllif | Apa.Tv
Apa.tv