Bakıda təkəri çıxan "KamAZ" qəza törətdi
Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.
Əfqan Zeynalov idarə etdiyi qumla yüklü "KamAZ"la hərəkətdə olarkən maşının sol qabaq təkəri yerindən çıxıb. İdarəetmədən çıxan yük maşını maneəni aşaraq qarşı yola keçib. Xoşbəxtlikdən qarşı yolda hərəkətdə olan avtomobil olmadığından, qəza xəsarətsiz ötüşüb. Yerindən çıxan təkər "KamAZ" markalı digər yük maşınına, daha sonra isə "Opel" markalı avtomobilə çırpılıb.
Hadisə yerində Dövlət Yol Polis İdarəsinin əməkdaşları olublar. Müayinələr aparılıb, sürücünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.