Türkiyə kubokunu "Qalatasaray" qazandı

Ötən gün Türkiyə kubokunun final oyunu keçirilib. APA TV-nin məlumatına görə, saytının məlumatına görə, həlledici görüşdə İstanbul derbisi baş tutub.

 

Türkiyə Superliqasında çempionluğu son anda əldən verən “Fənərbaxça” ölkə kubokunda da məğlubiyyətə üzülüb. Bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı məhz bu mövsüm çəkmək istəyən "Qalatasaray" minimal hesablı qələbəyə sevinərək kuboku başı üzərinə qaldırıb.

 

Matçdakı yeganə qolun müəllifi almaniyalı Lukas Podolski olub. O, künc zərbəsindən sonra başla fərqlənib.

 

Və beləliklə, “Qalatasaray” 5-ci dəfə ölkə kubokuna sahiblənib.

Müəllif | Apa.Tv
Apa.tv