Bakıda qadını aldadıb 180 min manatını əlindən aldılar

Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

 

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sevda Bağır qızı Rəfiyeva 9-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək Quba rayon sakini, Səlim Hafiz oğlu Aslanovun onu aldadaraq 180 min manat pulunu aldığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv