Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti abidəsini ziyarət edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev 28 May - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

 

APA TV-nin məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv