Binəli Yıldırım Azərbaycana gəlir

Türkiyənin yeni baş naziri Azərbaycana gələcək. APA TV-nin Türkiyə KİV-inə istinadən məlumatına görə, səfər gələn ay üçün planlaşdırılır.

 

Baş Nazir Binalı Yıldırım ilk xarici səfərini iyunun 1-də Şimalı Kipr Türk respublikasına edəcək. Yıldırım daha sonra Azərbaycana gələrək dövlət başçısı İlham Əliyevlə görüşəcək.

 

APA-nın məlumatına görə, Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub. Yeni baş nazir Bakıya iyunun 3-də səfər edəcək.

 

Müəllif | Apa.Tv