Evlərdən oğurluq edib, pulları narkotikə xərclədilər

Hökməli və Qobu qəsəbələrindən Abşeron Rayon Polis İdarəsinə evlərdən silsilə oğurluqlar edilməsi barədə şikayət ərizəsi  daxil olub.

 

APA TV-nin məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən iki nəfər - Abşeron rayon sakinləri, 33 yaşlı Vilayət  Xəlilov və 24 yaşlı Səmədağa Muradov yaxalanaraq istintaqa təhvil veriliblər. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər evlərdən televizor, mətbəx texnikası, təmiri davam edən mənzillərdən isə kabellər aparıblar. Oğurluq yolu ilə əldə olunan pullar narkotik vasitəyə verilib.

 

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv