Göyçayda zəncirvari yol qəzası baş verib, ağır yaralılar var
Göyçay rayonunda 3 minik maşının toqquşub, xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə mayın 27-də saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. VAZ-2106, VAZ-2107 və QAZ-2410 markalı avtomobillərin toqquşması nəticəsində rayonun Cəyirli kənd sakini 37 yaşlı Babayev Ramin Bahəddin oğlu və Göyçay şəhər sakini 54 yaşlı Hacıyev Soltan Ağaəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.