İŞİD-in "Karranti"si öldürüldü
ABŞ aviasiyası İraqda əməliyyatları davam etdirir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, növbəti hücum zamanı İraqın əl-Fəllucə şəhərindəki İŞİD mövqelərinə zərbələr endirilib.
Ağır itkilər verən terror qruplaşmasının tanınmış liderlərindən birinin də məhv edildiyi qeyd edilir. Terror təşkilatının əks-kəşfiyyat briqadalarının kimandanı Mahiri əl-Bilaui öldürülüb. O, İraq və Suriyada İŞİD-in ən yaxşı kəşfiyyat komandirlərindən biri olub.
Xatırladaq ki, Bilaui bir neçə dəfə Amerika komandanlığı ilə əməkdaşlıqda şübhəli bilinsə də, bu, sübut olunmayıb.