ATƏT-in baş katibi də prezidenti TƏBRİK ETDİ
ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA TV-nin xəbərinə görə, məktubda deyilir: “Zati-aliləri, hörmətli cənab Prezidenti! Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm". Lamberto Zannier bildirib ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir.