Putin NATO ölkəsində quruma meydan oxudu: "Nişangahdasınız"

"Biz NATO-nun Şərqi Avropadakı hərəkətlərinə sərt cavab verəcəyik". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin verib.

"Buna məcburuq, dünənə qədər Rumıniya ərazisində kimsə nişangahda olmağın nə olduğunu bilmirdi, indi biləcəklər. Bu bizim təhlükəsizliyimiz üçün atılacaq addım olacaq. Bu addımımız cavab olacaq, birinci addımı isə onlar atıb", - deyə Kreml rəhbəri bildirib.
 
Putin Polşanı da belə bir aqibətin gözlədiyini vurğulayıb.

"Hələ gözləyirik, Polşa mövqeyini dəyişdirməlidir, təhlükə hiss etsək qarşılıq verəcəyik". SİTATIN SONU.

Putin NATO-nun genişlənmə taktikasından narahatlığını gizlətməyib.
 

"Bu nə deməkdir? Sərhədlərimizdə razılığa gəldiyimiz bütün məsələlərin üstündən xətt çəkilir. O ərazilərdə 500 kilometri vura biləcək raket sistemləri yerləşdirilir, gələcəkdə bu daha böyük məsafələr deməkdir", - deyə Putin qeyd edib.

Bu addımların Rusiya üçün böyük təhlükə olduğunu bildirən Rusiya dövlət başçısı NATO-ya lazımi cavab veriləcəyini bəyan edib.

Xatırladaq ki, Putin bu bəyanatı Yunanıstanda Tsiprasla görüşündə səsləndirib.

 

Müəllif | Apa.Tv
Apa.tv