Rusiya prezidenti: "Türkiyə ilə əlaqələri bərpa etməyə hazırıq"

"Türkiyə ilə əvvəlki münasibətləri bərpa etməyə hazırıq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Vladimir Putin belə bir açıqlama ilə çıxış edib.

"Biz qarşı tərəfin də bu arzuda olduğunu bilirik, bunu Rusiya da istəyir", - deyə Putin əlavə edib.

Münasibətlərin korlanmasında Rusiyanı günahkar hesab etməyən dövlət başçısı istənilən layihənin gerçəkləşdirilməsində birgə əməkdaşlığa yox deməyəcəyini qeyd edib. Putin xüsusi ilə "Cənub axını" layihəsini önə çəkib.


Xatırladaq ki, Rusiya-Türkiyə münasibətləri ötən ilin noyabrın 24-də Suriya-Türkiyə sərhədində türk qırıcıları tərəfindən rus bombardmançı təyyarəsinin vurulmasından sonra pisləşib. Bundan sonra isə tərəflər bir-birinə sanksiyalar tətbiq etməyə başlayıblar.


 

Müəllif | Apa.Tv
Apa.tv