İmişlidə avtomobil velosipedçini vuraraq öldürdü
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə gecə saat saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb. İmişli rayonu Qaralar kənd sakini, 30 yaşlı Əsgərov Eltun Təyyar oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə, Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü velosipedçi Əmrahov Zabil Əvəz oğlunu vurub. Hadisə nəticəsində velosipedçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Komatoz vəziyyətində olan yaralı özünə gəlmədən dünyasını dəyişib. Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.