Azərbaycanın qərb bölgəsinə dolu yağıb

Qərb bölgəsinə dolu yağıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, mayın 29-da günün ikinci yarısından başlayaraq qərb bölgəsində xüsusən Gəncə, Daşkəsən və Samux rayonlarına dolu və yağış yağıb.

 

Bir neçə dəqiqə yağan dolu Gəncədə ciddi fəsadlar törətməsə də, Samux və Daşkəsəndə kənd təsərrüfatına ciddi ziyan vurub. 

Müəllif | Apa.Tv
Apa.tv