Bakı-Qazax magistralı ətrafındakı yaşıllıqlarda yanğın olub
Saat 13:30 Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın 15 hektar ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib.
Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından mühafizə xidmətinin avtomaşınları və canlı qüvvəsi cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb.