Armen Martirosyan: "Hakimiyyətlə küçə döyüşlərinə çıxmalıyıq"

"Sərkisyan rejimindən qurtulmağın iki yolu var, bunlardan birincisi demokratik seçkilərdir. Amma bu, real görünmür. İkincisi isə üsyandır. Bunun üçün erməni xalqı küçələrə axışmalıdır". APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə Ermənistanın "İrs" partiyasının sədr müavini Armen Martirosyan çıxış edib.

"Bizim başqa çıxış yolumuz qalmayıb. Küçə döyüşlərinə çıxmalıyıq, bu artıq reallıqdır", - deyə o qeyd edib.

O, əlavə edib ki, hakimiyyət xalqı ümumiyyətlə, saymır. Korrupsiya və inhisarçılığa qarşı mübarizə aparılacağı ilə bağlı verilə vədlər isə gözdən pərdə asmaqdan başqa bir şey deyil.

"Biz vəziyyəti kökündən dəyişməliyik. Ermənistan qonşuları kimi regionun sayılıb-seçilən dövləti olmalıdır. Biz onlarla əməkdaşlıq etməliyik. Onlar bizi müttəfiq kimi görməlidirlər. İndi isə belə deyil, kasıb və asılı vəziyyətdə olduğumuz üçün bizə heç kəs inanmır", - deyə Martirosyan vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv