İŞİD Çempionlar Liqasının finalını izləyən 12 "Real Madrid" tərəfdarını öldürdü
İŞİD İraqda "Real Madrid"in 12 azarkeşini qətlə yetirib. APA TV-nin məlumatına görə, qətliam mayın 28-də azarkeşlərin Bakuba şəhərində Çempionlar liqasının final görüşünü izlədiyi vaxt törədilib.
Matçın yayımlandığı kafelərdən birinə girən dörd terrorçu insanları güllələyiblər. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlər 18-30 yaş arasında olan gənclərdir. Terrorçular aradan çıxıblar.
Xatırladaq ki, İŞİD mayın 13-də də Bakubadakı gecə klublarının birində 16 "Real Madrid" fanatını öldürmüşdülər. Həmin hadisədə 20 nəfər yaralanmışdı.