İşğal olunmuş torpaqlarımızda daha bir erməni əsgəri öldü
Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbçisi ölüb. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, ölüm faktı mayın 29-da axşam saatlarında təmas xəttinin cənub-şərq istiqamətində qeydə alınıb.
Ermənistan 0rdusunun müddətli hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Suren Mosiyan xidmətdə olduğu postda ölüb. Hadisəni Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
Faktla bağlı araşdırma başlanılıb.