Almaniya sel suları altında qaldı: 3 ölü

Almaniyanın cənub-qərbində yağan leysan yağışları 3 nəfərin ölümünə səbəb olub. APA TV-nin məlumatına görə, Şvebiş-Qmyunde şəhərində çoxlu sayda ev sel sularının altında qalıb. Bu şəhərdə iki nəfər sel sularının qurbanı ölub. Vaysbax şəhərində isə bir nəfər suların dolduğu yearltı avtomobil dayanacağında boğularaq ölüb.

 

Baden-Vürtemberq federal torpaqlığına daxil olan bir çox şəhərlərdə yağıntıların miqdarı yarımaylıq normaya bərabər olub. Güclü külək səbəbilə şəhərlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, bir çox evlər dağılıb və su altında qalıb

Müəllif | Apa.Tv
Apa.tv