Türkiyə turizm sektorunun 2016-cı ildə mümkün zərəri: 10 milyard dollar
Türkiyənin bu il turizmdən gəlirləri 10 milyard dollar azala bilər. APA TV-nin məlumatına görə, yanvar-aprel aylarının statistik göstəriciləri belə söyləməyə əsas verir. "Turizmdatabank"ın açıqladığı hesaba əsasən, bu öl Türkiyəyə gələn turistlərin sayı 8 milyon nəfər azalacaq.
2016-cı ilin yanvar-aprel aylarında Türkiyəyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz azalıb. Ötən ilin ilk dörd ayında ölkəyə 6,967 milyon turist gəlibsə, bu il bu rəqəm 5,816 min nəfər olub.
2016-cı ildə Türkiyəyə Rusiyadan gələn turistlərin sayı 67,6 faiz, Almaniyadan gələn turistlərin sayı isə 21,4 faiz azalıb. Yay mövsümündə otellərdə rezerv faizi son dərəcə aşağı olduğundan bu il Türkiyənin turizm sektorundan gəlirlərinin 10 milyard dollar azalacağı gözlənilir.