Lerikdə əmisi oğlunun qulağını balta ilə kəsən şəxs və qohumu tutuldu - NAMUS İDDİASI

Lerik rayonunun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilən zaman oğlu Rəfael İsiyevin qulağını kəsməkdə şübhəli bilinən kənd sakinləri 1982-ci il təvəllüdlü Əlirza Seyidəli oğlu İsiyev və 1988-ci təvəllüdlü Natiq Rzaxan oğlu Əliyev tutulublar.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, onlar bu gün səhər radələrində Lənkəran ərazində yaxalanıblar.

 

Saxlanılan şəxslər zərərçəkənin əmisi uşaqlarıdır. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

 
Xatırladaq ki, dəhşətli cinayət mayın 28-də törədilib. Zərərçəkən tərəf hadisənin otlaq sahəsi üstündə düşən mübahisə zəminində, qarşı tərəf isə namus üstündə baş verdiyini iddia edir.

 

Faktlar bağlı Lerik rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv