Göygöldə KÜTLƏVİ DAVA ölümlə nəticələndi!

Göygöldə torpaq üstündə 9 gün əvvəl düşən kütləvi dava nəticəsidə ağır xəsarət alan şəxs həyatını itirib. APA TV-nin xəbərinə görə, hadisə oktyabrin 2-də Göygöl rayonun Qırxılı kəndi ilə Şəmkir rayonun sərhəddində baş verib. Rayonun Mollacəlilli kənd sakini - 37 yaşlı Xəyyam Cəfərov yaylaqdan qaydarkən onunla Şəmkirin Nərimanlı kənd sakini Daşdəmir Qasımov arasında mal qara üstündə dava düşüb.Bu zaman Daşdəmir Qasımovun oğlanları - Hümbət və İsmət Qasımovlar, eləcə də bacısı oğlu Sədam Nəbiyev ona koməyə gəliblər. Başqaları da bu dava qoşulub və nəticədə kütləvi dava düşüb. Davada yaralanan Xanoğlan, Abdula və Araz Məsimovlar müxtəlif bədən xəsarətləri ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Xəyam Cəfərovonun vəziyyəti isə daha ağır olub və o, müalicə üçün Bakıya ça göndərilib. Yaralı ağır kəllə-beyin travması aldığından oktyabrın 10-da paytaxdakı tibb ocağının birində ölüb.

 

Hazırda Cinayəti törədənlərin tutulması istiqamətində iş aparılır.

 

Mərhum Xəyam Cəfərov 4 uşaq atası olub.

Müəllif | Apa.Tv
Azər Məmmədli