Gəncədə sərnişin avtobusu qəza törətdi, yaralanan var

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Şəhərdə 11 saylı marşrut xətti üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobus, “Ford” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı bir nəfər, 1959-cu il təvəllüdlü Azadxan İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv