ABŞ generalı: "Rusiyanın təcavüzünə qarşı Şərqi Avropadakı qoşunlarımızı gücləndirəcəyik""
"NATO Rusiya tərəfindən Avropaya qarşı atılması ehtimal olunan müəyyən addımların qarşısını almaq məqsədilə müəyyən etdiyi strategiyaya yenidən baxacaq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Ben Hodjes bəyan edib.
O qeyd edib ki, hazırda bir nömrəli prioritet Rusiyanın nümayiş etdirə biləcəyi təcavüzə qarşı cavab tədbirlərinin görülməsindən ibarətdir.
"Mən bunun necə baş verəcəyini bilmirəm. Ordu komandanı kimi qarşımda duran ilk məsələ silahlı qüvvələrin qarşısında duran vəzifələri yerinə yetirəcəyinə əmin olmaqdan ibarətdir".
General bildirib ki, hazırda Ukraynada NATO hərbi təlimçilərinin rəhbərliyi ilə yerli hərbçilərə təlim keçilir.
"Bundan əlavə, iyun ayında Şimali Atlantika alyansının Polşa ə Baltikyanı ölkələrdə yerləşdirilən qoşunlarının daha da gücləndirilməsi üçün tədbirlər görüləcək".
Ben Hodjes eyni zamanda Baltikyanı regionu, Polşa, Rumıniya və Bolqarıstanda yerləşdiriləcək tank briqadasına 4000-dən çox əsgərin daxil olacağını, 9 aydan sonra isə onların rotasiya qaydasında dəyişdiriləcəyini də bildirib.