Toydan bir həftə sonra əri tərəfindən öldürülən gəlin Masallıda dəfn olundu

Sankt-Peterburq şəhərində iki ay öncə ailə qurandan sonra itkin düşən, bu günlərdə isə həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olan  Gülnar Həbibovanın cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.
 
APA TV-nin cənub bürosunun məlumatına görə, 23 yaşlı Gülnar Həbibova Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Gülnar Həbibovanın atasının sözlərinə görə, qızı əslən Lənkərandan olan 34 yaşlı Samir Həbibovla bu il aprelin 15-də ailə qurub. Bir həftə sonra Samir həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib. O, qızın Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını və telefonunu söndürdüyünü bildirib.
Vəliyevlər ailəsi də qızlarının itkin düşməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə müraciət ediblər.

 

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi mayın 26-da Gülnar Həbibovanın qətlə yetirildiyi, qətldə şübhəli bilinən həyat yoldaşı, 34 yaşlı Samir Həbibovun saxlandığı barədə məlumat yayıb. Samir Həbibov istintaqın gedişində həyat yoldaşını öldürdüyünü etiraf edib, meyitin yerini göstərib. O, qətlin təsadüf nəticəsində baş verdiyini bildirib.
 
Sücaət Vəliyev isə qızının məhz Samir tərəfindən bilərəkdən öldürüldüyünü bildirir.
  
Qeyd edək ki, Samir Həbibovun əməli sübuta yetirildiyi təqdirdə onu Rusiya qanunvericiliyinin  müvafiq maddələri ilə 15 lədək həbs cəzası gözləyir.
 
 

Müəllif | Apa.Tv
Apa.tv