Lənkəranda "Mercedes" "Tofaş"la toqquşdu, yaralananlar var

Lənkəranda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün Lənkəran şəhərinin “Ləvəngi dairəsi” adlanan ərazisində qeydə alınıb. Ötmə əməliyyatını düzgün yerinə yetirməyən “Mercedes” qarşıdan gələn “Tofaş” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra "Mersedes"in sürücüsü və avtomobildə olanlar hadisə yerindən uzaqlaşıblar. Deformasiyaya uğrayan "Tofaş" markalı avtomobilin sürücüsü, Lerik sakini, 27 yaşlı Nicat Tahir oğlu Hacıyev və sərnişinlər Lənkəran sakinləri Arzu Əziz qızı sadıxova və Səbirə Mirzərza qızı Mirzəyeva müxtəlif bədən xəsarətləri ilə Lənkəran mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların həyatı üçün təhlükə olmadığı bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri aparılan ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Baş dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparır. 

Müəllif | Apa.Tv
Apa.tv