PKK Türkiyədə yenə terror törətdi: 4 ölü, 19 yaralı
Türkiyədə daha bir terror aktı törədilib. APA TV-nin məlumatına görə, Şlrnak vilayətində zirehli maşın keçərkən PKK terrorçuları əldəqayırma bombanı partladıblar. Partlayış nəticəsində 4 mülki vətəndaş ölüb, 19 nəfər yaralanıb. Yaralılardan 5-i polis əməkdaşıdır.
Şırnak vilayətinin Silopi qəsəbəsindəki terror aktı küçələrdə növbə çəkən zirehli maşına qarşı yönəlib.
Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib. Terrorçuların tutulması üçün xüsusi əməliyyat başlayıb.