Bakıda qurbanlıq heyvanların qiymətləri - REPORTAJ
İslam qaydalarına görə, qurban bayramında qoyun, keçi, inək, dəvə kimi heyvanlar kəsmək məqbul sayılsa da, Azərbaycanda insanların çoxu qurbanlıq kimi qoyuna üstünlük verir. Ona görə də adətən qurbanlıq ərəfəsində bu heyvanın qiymətində artım olur. Rəsmi qurumlar bəyan edir ki, qurban bayramı ilə bağlı paytaxtın bir neçə rayonunda xüsusi satış yarmarkaları təşkil ediləcək. APA TV-nin məlumatına görə, Bakının 10 rayonunda 20-dən çox satış məntəqəsi olacaq.
Bunlar Qaradağ, Səbail ,Yasamal, Binəqədi, Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;
Nizami rayonu
- R. Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı;
Xətai rayonu
- Nobel prospekti, “Nargilə” kafesinin yanı;
- Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;
Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, Dəmiryolu stansiyasının arxa hissəsi;
- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;
Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;
- Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;
- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;
Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu;
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala Dəmiryolu stansiyasının yanı;
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of Baku”nun qarşısı;
Şəhərdəki əsas heyvan bazarlarında müşahidələr aparıb. Burda qiymətlər qoyunun çəkisindən asılı olaraq, 120 manatdan 150 manata qədər dəyişir. Hələ ki, bayrama bir neçə gün qaldığından bazarlarda o qədər də aktivlik hiss olunmur. Bayramla əlaqədar olaraq, Dövlət Baytarlıq Xidməti (DBX) reyd keçirir. Reydlər Bakının ət kəsimi məntəqələrində və o cümlədən bazarlarda aparılacaq. Ət kəsimi yerlərində, eləcə də heyvanlarda hər hansı nöqsanlar aşkar olunarsa, orada ətin satışına qadağa qoyulacaq.
Hələ ki, qiymətlərdən razı qalan alıcılar da var. Reallıq odur ki, hər il bayrama bir gün qalmış qiymətlərdə artım müşahidə edilir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Xidmətindən bildirirlər ki, bu yarmarkalarda qiymətlərə nəzarət ediləcək. Süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.