İŞİD-in 7 yüksək rütbəli komandiri məhv edildi

İraq HHQ İŞİD terror qruplaşmasının 7 yüksək rütbəli komandirini zərərsizləşdirib.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, hava zərbələri Ənbar vilayətində, Suriya ilə həmsərhəd ərazilərdə endirilib.

 

Keçirilən əməliyyat nəticəsində qruplaşmanın kəşfiyyat və təhlükəsizlik üzrə başçısı, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinın köməkçisi, İraqda və Suriyada döyüşlərdə iştirak edən silahlı dəstələrin başçıları, eləcə də Əvfrat əyalətinin şəriət məhkəməsinin rəhbəri məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv