Bakıda kütləvi dava: bacısı oğlanları dayını bıçaqladılar
Bakıda kütləvi dava olub. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub.
Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun qardaşları Ağamehdi və Raminlə birgə dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək biri-birinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunub.