Cərimə meydançasında 4 avtomobil yandı

Abşeron rayonunda 4 avtomobil yanıb.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler" markalı minik avtomobilin yanar hissələri, "Mercedes" minik avtomobilinin sağ hissəsi, "Mitsubishi" markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, "Ford" markalı minik avtomobilinin qabaq hissəsi isə qismən əriyib. Digər avtomobillər yanğından mühafizə olunub.

 

Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.   

Müəllif | Apa.Tv
Apa.tv