Gəncədə 26 yaşlı piyadanı maşın vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Seyfullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Seymur İbrahimovu vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv