Şirvanda 18 yaşlı gənc intihar etdi
Şirvanda gənc oğlan özünü asaraq intihar edib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, intihar hadisəsi Şirvan şəhəri 1 May küçəsi-5 ünvanında baş verib.
Şirvan sakini, 1998-ci il təvəllüdlü Baladadaş İsa oğlu Günəşov yaşadığı evin tavanından özünü asaraq intihar edib. Onun meyiti səhər saatlarında asılmış vəziyyətdə aşkar edilib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum olmasa da, atası İsa Günəşovun bildirdiyinə görə, bir müddət əvvəl tibbi komissiyadan keçən Baladadaşa onun hərbi xidmətə yararsız olduğu bildirilib. Belə ki, gəncin görmə qabiliyyəti 20 faiz olduğundan, hərbi xidmət keçməsi mümkünsüz sayılıb. Gəncin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsində müayinə olunub və meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.