ARDNF hərracda 50 mln. dollar satdı
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 40 mln. dolları 3 banka, 10 mln. dolları isə Azərbaycan Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.