Polşa Rusiya qazından imtina etdi: müqavilə uzadılmayacaq

Polşa gələcəkdə Rusiyadan qaz ixrac edilməsinə dair müqavilələrin müddətini uzatmayacaq.

 

APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, rəsmi Varşava "Qazprom" şirkəti ilə mövcud olan və qüvvədə olma müddəti 2022-ci ildə başa çatan razılaşmaların müddətinin uzadılmaması haqqında qərar qəbul edib.

Bu barədə mətbuata açıqlamanı ölkənin qaz və enerji infrastrukturu naziri Petr Naimskiy verib. O qeyd edib ki, ölkəsi bundan sonra da Rusiyadan qaz ixracını davam etdirə bilər. Lakin bu, uzunmüddətli kontraktlar çərçivəsində olmayacaq. Mövcud müqaviləyə əsasən, Polşanın qaz şirkəti Rusiyadan il ərzində 10,2 milyard kubmetr qaz tədarük edir. Ötən ilin mayında PGNİG şirkəti qiymətlərin endirilməsinə nail olmaq üçün "Qazprom" və "Qazprom Eksport" şirkətləri barəsində Stokholm Arbitraj Məhkəməsinə müraciət edib. İddia sözü gedən şirkətlərlə 2014-cü ilin noyabrından aparılan danışıqların nəticəsiz başa çatmasından sonra qaldırılıb.

Buna qədər isə 2012-ci ildə hər iki şirkət arasında Polşaya qazın nəql edilməsi şərtlərinin dəyişdirilməsini nəzərdə tutan müqavilə imzalanıb. Polşa hökumətində bu müqavilələrdən sonra Rusiya qazını dəyərindən 10 faiz daha ucuz ala biləcəkləri ehtimal edilirdi. Bir qədər sonra isə ölkə rəhbərliyi rus qazına olan qiymətlərin daha da aşağı endirilməsinə nail olunacağını açıqlamışdı.

Müəllif | Apa.Tv
Apa.tv