“Formula-1” yarışları ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdi

Bu il Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

 

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.  Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu  qaydada davam etdiriləcək.

 

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

Müəllif | Apa.Tv
Apa.tv