Nadejda Savçenko: "Ukrayna parlamenti bazar, deputatlar isə tənbəl şagirdlərdir"
Ukrayna Ali Radasında deputat fəaliyyətinə başlayan Nadejda Savçenko ölkə parlamentinə və həmkarlarına qarşı sərt sözlər işlədib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, o, Ali Radanı "bazar", deputatları isə "tənbəl məktəblilər" adlandırıb.
"Mən sizin fəaliyyətinizi televizordan izləmişəm, məndə elə bir hiss var ki, sanki burda çoxdan işləyirəm. Mühitə adaptasiya olmaqda çətinlik çəkməyəcəyimi düşünürəm və artıq insanlarla birgə işləməkdən qorxmuram", - deyə Savçenko qeyd edib.
Xatırladaq ki, uzun müddət Rusiyada həbsdə saxlanılan Nadejda Savçenko Kiyev aeroportunda onu əhatə edən jurnalistlərə də qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra bunu psixoloji problemləri ilə əlaqələndirib.
Qeyd edək ki, Savçenko Rusiya-Ukrayna sərhədində rusiyalı jurnalistlər Anton Voloşinin və İqor Kornelyukun qətlində ittiham edilərək 22 il azadlıqdan məhrum edilmişdi. O, bu ayın 25-də Vladimir Putinin sərəncamı ilə əfv edilib və elə həmin gün ölkəsinə göndərilib