İsmayıllıda canavarlar kəndə hücum etdi

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb.

 

Kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.

 

Hadisə ötən gün axşam saatlarında 1953-cü il təvəllüdlü kənd sakini Sahib Murad oğlu Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan Sahib Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub, xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

 

Hadisə zamanı xəsarət alan Sahib Məmmədov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Müəllif | Apa.Tv
Apa.tv