İmişlidə 5 otaqlı ev yandı
İmişlidə fərdi yaşayış evi yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saatlarında Qızılkənd kənd sakini, Hüseynov Heydər Yusif oğluna məxsus evdə baş verib.
Elektrik xəttində yaranan qısaqapanma yanğına səbəb alıb. Alov qısa müddətdə ümumi sahəsi 117 kvadratmetr olan 5 otaqlı evi bürüyüb. Yanğın nəticəsində evin dam örtüyü tamamilə yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli və Cəbrayıl rayon Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.