Binəqədi polisi evlərdən oğurluq edən dəstəni zərərsizləşdirdi

Binəqədi polisi rayon ərazisində həyət evlərindən oğurluq edən iki nəfərdən ibarət dəstəni zərərsizləşdirib.

 

APA TV-nin məlumatına görə, Sulutəpə yaşayış massivində yaşayan sakinlər rayon polis idarəsinə müraciət edərək, onlara məxsus evlərdən oğurluq olması ilə bağlı məlumat veriblər.

 

Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisini əməkdaşları həmin cinayəti törətməkdə şübhəli bilinən 31 yaşlı Elvin Mirqələm oğlu Məmmədov və 21 yaşlı Sumbat Rəhim oğlu Xəlilovu saxlayıb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. Elvin Məmmədov oğurluğu əsasən günün qaranlıq vaxtında həyata keçirdiklərini deyib: "Axşamlar Sulutəpə ərazisindəki evlərə girirdik. İzləyirdik, saat 9-10 radələrində girib evlərdən qızıl, pul nə varsa, aparırdıq".

 

Oğurluq yolu ilə 1000 manatdan artıq pul əldə etdiklərini söyləyən Elvinin sözlərinə görə, həmin pulları əyləncəyə xərcləyiblər. Hələlik 3 cinayəti sübuta yetirilərək saxlanılan şəxslərin oxşar cinayətlərdə iştirakları istisna edilmir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv