Avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,4918 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,6595 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi azalıb. Hazırda 1000 Rusiya rublu 22 manat 40 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv