ABŞ-dan Polşa və Fransaya terror xəbərdarlığı
ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Polşa və Fransada terror təhlükəsinə dair xəbərdarlıq edib.
APA TV-nin NBC-yə istinadən verdiyi xəbərə görə, söhbət Polşada iyulun sonunda qeyd olunacaq katolik Ümumdünya Gənclər Günü və Fransada iyunun 10-da başlayacaq futbol üzrə Avropa Çempionatının oyunları zamanı silahlılar tərəfindən törədilə biləcək terror aktlarından gedir.
Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.
Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının Avro-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.