İŞİD Fəllucada mülki əhalidən qalxan kimi istifadə edir

İŞİD terror təşkilatı 2014-cü ildən bəri işğal etdiyi İraqın Fəlluca şəhərində İraq ordusuna dirəniş göstərir.

 

APA TV-nin "Euronews"ə istinadən verdiyi məlumata görə, terror təşkilatı Fəllucada İraq ordusunun artan hücumlarına qarşı mülki əhalidən qalxan kimi istifadə etməyə başlayıb.

 

Beynəlxalq humanitar yardım təşkilatlarının hesabatına görə, təkcə keçən həftə 3 700 nəfər əhali Fəllucadan qaça bilib. Məlumata görə, İŞİD hazırda şəhərdə qalan 50 min əhalini zorla sıralarına qatıb İraq ordusuna qarşı döyüşdürmək istəyir. Bundan imtina edənləri isə edam cəzası gözləyir. Artıq İŞİD Fəlluca şəhərində evlərə basqın edərək, 100-dək gənci girov götürüb.

Müəllif | Apa.Tv
Apa.tv