İstanbulda "Gezi parkı" olaylarının 3-cü ildönümü qeyd edildi

Üç il öncə baş vermiş "Gezi parkı" hadisələrinin növbəti ildönümü İstanbulda aksiyalarla qeyd edilib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, həmin hadisələrin üçüncü ilində eyni məkanda toplaşmaq istəyən nümayişçilərlə polis arasında toqquşma yaşanıb. Nəticədə aksiya iştirakçılarından saxlanılanlar olub.

 

Qeyd edək ki, üç il əvvəl Gəzi parkındakı etirazlar zamanı polislə nümayişçilər arasındakı toqquşmalar nəticəsində 900 nəfər yaralanıb, 6 nümayişçi isə həlak olub.

 

Müəllif | Apa.Tv
Apa.tv