Erməni general: "Bakı bizim bütün koordinatlarımızı əzbər bilir"

"Biz Azərbaycan Ordusunun gücü qarşısında zəifik, ona görə də başqa çıxış yolu axtarmalıyıq". APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu açıqlama ilə Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş "müdafiə naziri", general-leytenant Samvel Babayan çıxış edib.


O qeyd edib ki, aprel döyüşlərində Azərbaycan tərəfi qələbələr əldə edib və uzun müddətli müharibəyə hazırlaşır. "Səbəb bizim ordunun zəifliyi və komandanlığın laqeydliyidir. Biz həmin vaxt nələrin baş verdiyini araşdırıb qiymətləndirməliyik", - deyə, o əlavə edib.


O, Azərbaycanın hərbi sənayesinin də inkişaf etdirdiyini və müasir silahların, mərmilərin istehsalına başladığını da vurğulayıb: "Əgər növbəti döyüşlər başlasa, biz qarşı tərəfi ən azı 500 metrdən yaxın məsafəyə buraxmalı deyilik. Əks halda, onlar bizim arxamıza keçə bilər. Onlar son model silahlar və hərbi texnika alaraq güclənirlər. Bizim arsenalımız o silahlarla müqayisəedilməz dərəcədə köhnədir".


Babayan bildirib ki, Ermənistan ordusunun bütün mövqeləri, koordinatlarını Bakıda əzbər tanıyırlar.

Müəllif | Apa.Tv
Apa.tv