Neft ucuzlaşmağa başladı
Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin qiyməti 49,37 dollar təşkil edib.
Qərbi Texas neftinin də qiyməti ötən günə nisbətən ucuzlaşıb. WTİ nefti hazırda 48,65 dollardan təklif olunur.
Ekspertlərin fikrincə, qiymətlərin 50 dollar ətrafında stabilləşməsi OPEK-in iyunun 2-nə nəzərdə tutulan görüşünədək davam edəcək. OPEK toplantısında quruma üzv ölkələrdə hasilat səviyyəsini azaltmaq məsələsinin müzakirəsi hələ də sual altındadır. Dolların möhkəmlənməsi neftin qiymətinin hələ uzun müddət kəskin artacağını əngəlləyir.