Bakı bulvarında müəmmalı intihar: soyunub özünü dənizə atdı

Bakıda intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Dənizkənarı Milli Parkda qeydə alınıb.


Şəxsiyyəti hələlik məlum olmayan, 30-35 yaşlı kişi özünü dənizə ataraq intihar edib. Hadisə yerinə Səbail rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları gəliblər. İlkin məlumata görə, şəxsiyyəti hələlik dəqiqləşdirilməyən şəxs paltarlarını soyunaraq özünü dənizə atıb. Onun boğulduğunu görən mühafizə xidmətinin əməkdaşları kömək etmək istəsələr də, buna nail ola bilməyiblər.

 

Meyit sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv