Bakıda yağış güclənəcək, şimal küləyi əsəcək

İyunun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacaq.

 

İyunun 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv